Bu şəhərin də su təchizatı yaxşılaşdırılacaq - “Azərsu”-a 1 milyon manat ayrıldı

6 Aprel 2018 18:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.