İmişlidə 11 yaşlı uşağı maşın vurdu

6 Aprel 2018 18:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İmişli rayon mərkəzində “Jiquli” markalı minik avtomobili yolu keçən 2007-ci il təvəllüdlü Vəliyev Əli Anar oğlunu vurub. Xəsarət alan uşaq İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.