AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, uzunluğu 11 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Layihəyə uyğun olaraq yol iki hərəkət zolaqlı olmaqla, eni 8 metrdir.
Hazırda yolda torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola ikiqat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.