Soyuq silahın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

7 Aprel 2018 11:17 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az