MDB PAA-nın beynəlxalq müşahidə missiyası sabah Bakıya gələcək

7 Aprel 2018 14:00 (UTC+04:00)

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı Filialından Trend-ə verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan Respublikaları və Qırğız Respublikasından olan deputatlardan ibarətdir. Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PAA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri 11 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və respublikanın bölgəlində olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Respublikasının Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PAA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

AzNews.az