Qəzada yaralananların kimliyi

7 Aprel 2018 20:45 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, VAZ-2106 və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində Naftalan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Məmmədov Novruz Zabit oğlu, 1995-ci il təvəllüdlü Şərifov Nicat Akif oğlu və 1989-cu il təvəllüdlü Əliyev Yalçın İsmayıl oğlu xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az