İlham Əliyev gürcüstanlı həmkarına baş sağlı verdi

8 Aprel 2018 12:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".