Belarusda yaşayan azərbaycanlılardan bəyanat

8 Aprel 2018 13:18 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İcmaları Konqresi bəyanat yayıb.

“Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında dolğun informasiya formalaşdırıb. Lakin bu imicə xələl gətirməyə çalışan bəzi soydaşlarımız fərqində deyillər ki, düşünülməmiş addımları ilə şübhəli çağırışlara cavab verərək Vətənimizin gələcək taleyini, beynəlxalq imicini nə dərəcə də şübhə altına atmış olurlar. Biz, aprelin 11-də - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə onları yanılmadan doğru seçim etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.