“Qalatasaray”dan Almaniyada tarixi zəfər- FOTOLAR

13 Mart 2013 04:36 (UTC+04:00)

Qalatasaray tarix yazır



Çempionlar Liqası son 16 komanda mübarizəsində öz meydanında Şalke ilə öz meydanında 1-1 oynayan Qalatasaray rövanş oyununda istədiyi nəticəni əldə etdi.

AzNews.az xəbər verir ki, Şalkenin qonağı olan Qalatasaray bu oyuna öz meydanında qapısından buraxan 1 qolun üzüntüsü ilə başlayırdı. Ancaq, buna baxmayaraq Türkiyə təmsilçisi qətiyyət nümayiş etdirərək, 3-2 hesabı ilə qələbə qazanıb.Qalatasarayın qollarını oyunun 37-ci dəqiqəsində Həmit Altıntop, 42-ci dəqiqədə Burak Yılmaz və oyuna əlavə olunan dəqiqələrdə Umut Bulut vurub.

Bununla da Qalatasaray Çempionlar Liqasında növbəti mərhələyə adlayıb.

Fərid
AzNews.az