3 cüdoçumuz yarımfinalda

8 Aprel 2018 13:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 90 kq çəkidə 2 idmançımız mübarizə aparır. Məmmədəli Mehdiyev ilk görüşündə braziliyalı Qustavo Assisə qalib gələrək, 1/4 finalda israilli Li Koçmana rəqib olub. Onu da mübarizədən kənarlaşdıran Mehdiyev yarımfinalda Tacikistan cüdoçusu Komronşox Tkustopiriyondan güclü olmağa çalışacaq.

1/16 finaldan azad olan Tural Səfquliyev də İsraildən olan Asaf Çenlə qarşılaşıb. Görüşdən qalib ayrılan Səfquliyev 1/4 finala adlayıb. O, yarımfinal yolunda Altanbaqana Qantulqa ilə üz-üzə gəlib. Monqolustanlı da Səfquliyevi dayandırmağı bacarmayıb. Nəticədə idmançımız yarımfinalda Nemanya Majdovla (Serbiya) qarşılaşmaq hüququ əldə edib.

Azərbaycanı 100 kq çəkidə təmsil edən Zelim Kotsoyev mübarizəyə Cənubi Koreya cüdoçusu Ço Quhamla görüşərək başlayıb. Rəqibinə imkan verməyən idmançımız növbəti mərhələdə Məhəmmədkərim Xürrəmovla (Özbəkistan) üz-üzə gəlib. Onu da mübarizədən kənarlaşdıran idmançımız 1/4 finalda Benjamin Fletçeri sınağa çəkib. İrlandiyalı üzərində qazanılan qalibiyyət isə Kotsoyevi yarımfinala daşıyıb. O, final yolundakı son görüşünü Niyaz İlyasovla (Rusiya) keçirəcək.

+100 kq

120 kq çəkidə yarışan Şahin Qəhrəmanov isə turnirə məğlubiyyətlə başlayıb. O, rusiyalı İnal Tasoyevə yenilib.

Qeyd edək ki, ilk iki gündə 6 cüdoçumuz tatamiyə çıxmış və yalnız Hidayət Heydərov bürünc medal qazanmışdı.