Gəncədə gölə düşən uşaq son anda xilas edildi

8 Aprel 2018 14:07 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.