Prezident seçkilərini 60 təşkilatdan 890 beynəlxalq müşahidəçi izləyəcək

8 Aprel 2018 19:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədli deyib.

Onun sözlərinə görə, seçkiləri 60 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək.

Ş.Əsədli qeyd edib ki, beynəlxalq müşahidəçilər 59 ölkəni təmsil edirlər.

Seçkini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 56864 nəfərdir.