Formula 1 Bəhreyn Qran Prisinin qalibi məlum oldu - Fotolar

8 Aprel 2018 21:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, podiumun digər iki pilləsini isə Mercedes pilotları tutdu. Valtteri Bottas ikinci, son dünya çempionu Luis Hamilton isə üçüncü oldu.

Yarış maraqlı məqamlarla yadda qaldı.

Karyerasının 200-cü yarışını keçirən alman pilot Sebastyan Fettel sürət mübarizəsinə ilk pillədə start verdi. Komanda yoldaşı Kimi Raykkonen starta ikinci pillədə başlasa da, yarış onun üçün uğursuz alındı. Pit-stopdan tələsərək gərgin keçən yarışa qayıtmaq istəyən finlandiyalı pilot Ferrarinin mühəndislərindən birinin ayağını vurdu. Bolidinin arxa təkəri də tam bağlanmadığından trekə qayıda bilmədi. Hətta əyləci tüstülənməyə başladı.

Yarış Reb Bull komandası üçün də uğursuz alındı. Komanda elə ilk dövrələrdəcə hər iki pilotundan məhrum oldu. Əvvəlcə Daniel Rikkardonun bolidinin mühərrikində nasazlıq yarandığından yarışı dayandırdı. Virtual təhlükəsizlik maşını rejimi elan edildi.

Ardınca isə Maks Ferstappen Hamiltonla mübarizə apararkən təkəri deşildi. Pit-stopa qayıdıb, təkərləri dəyişilsə də, yarışı dayandırmalı oldu. Bununla da komanda hamıdan öncə əşyalarını yığıb, Çin səfərinə, növbəti yarışa hazılaşmağa başladı.

Startda Pereslə indisent yaşadığına görə isə Brendon Hartli 10 saniyəlik cəza aldı.

Ötürmələr qutusunu vaxtından əvvəl dəyişdirdiyi üçün 5 yer itirməklə cəzalandırılan və yarışa 9-cu yerdən başlayan Hamilton isə sona qədər mübarizə apardı və podiuma çıxmağı bacardı.

Yarışda Pyer Qasli isə xüsusi əzmkarlığı ilə seçildi. Honda motorunun gücünü nümayiş etdirməyi bacaran Toro Rosso-nun bu gənc üzvü yarışı dördüncü yerdə bitirərək, komandasının sevincinə səbəb oldu.

Qeyd edək ki, növbəti yarış Şanxayda baş tutacaq.