Məktəbli kanalda batdı

9 Aprel 2018 09:46 (UTC+04:00)

“Report”un Qərb bürosu xəbər verir ki, Gəncə sakini, 2009-cu il təvəllüdlü Baxışov Kamran Xəyal oğlu Şəmkir su kanalının Samux rayonu ərazisindən keçən hissəsində batıb. O, Gəncədən Samuxa bibisigilə qonaq gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az