Avropa qara təslim oldu

13 Mart 2013 08:19 (UTC+04:00)



Son illərin ən güclü qarının yağdığı bir çox Avropa ölkəsində həyat iflic olub. Parisdə yüzlərlə təyyarə reysi təxirə salınıb.

Belçikada qatarların hərəkəti dayandırılıb. Almaniyada isə yollarda yaranan problemlər səbəbindən 100 maşının iştirakı ilə zəncirvarı qəza baş verib. Fövqəladə hallar xidmətinin çox sayda əməkdaşı güclü qarın nəticələrini aradan qaldırmağa səfərbər olsa da, həyatın əvvəlki ritmini bərpa etmək hələ də mümkün olmayıb.

Yollardan qarı təmizləyib nəqliyyatın hərəkətini təmin etmək mümkün olmur. Böyük Britaniyada polis əhalini şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıb. Meteoroloqlar yağıntının həftəsonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.

Elnarə
Aznews.az