AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulda mübahisə ər-arvadın faciəsi ilə nəticələnib. Belə ki, kişi öz həyat yoldaşını öldürüb, daha sonra eyni silahla özünə atəş açıb və intihar edib. Olay yerinə polis və təcili yardım gəlib. Cütlüyün boşanma ərəfəsində olduğu və ayrı yaşadığı məlum olub.