"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.
DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az