Bakıda heç kəsin ağlına gəlməyən oğurluq - Əleyhqaz taxıb laqonda ilə bankın...

9 Aprel 2018 13:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Vergilər Nazirliyinin yaxınlığında baş verib. Əlində laqonda olan iki nəfər Kapital Bankın bankomatını yararaq oradan 174.000 dollar oğurlayıb. Oğurluq edən şəxslərin üzərində əleyhqaz olub. Yaxınlıqdakı mühafizəçi onlardan nə etdiklərini soruşanda oğrular “sanepidemstansiya”dan gəldiklərini və dezenfeksiya işlərini apardıqlarını deyiblər.

Hazırda Yasamal Rayon Polis şöbəsi həmin şəxslərin tapılması istiqamətində axtarış tədbirlərinə başlayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az