Cüdoçularımız 6 medal qazanıblar

9 Aprel 2018 13:34 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyasından AzNews.az-a verilən xəbərə görə, beynəlxalq turnirdə təmsilçilərimiz 6 medal qazanıblar.

Turnirdə 55 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Rəşxan Baxışəliyev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medala sahib olublar. Rövşən Əliyev (55 kq), Əhməd Yusifov (60 kq) və Adil Kərimli (100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa kuboku turnirində Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.