AzNews.az xəbər verir ki, MSK sədri bildirib ki, Azərbaycanda prezident seçkisinə müdaxilə etmək cəhdlərinin olmadığını söyləmək sadəlövhlük olardı. Məzahir Pənahov eyni zamanda, seçki prosesinə müdaxilə etməyə çalışanlara buna "cəhd etməməyi" məsləhət görüb. Çünki, əvvəlki illərdə də belə cəhdlər olub və uğursuzluqla nəticələnib. O qeyd edib ki, MSK seçki kampaniyası zamanı ciddi qanun pozuntuları qeydə almayıb.
Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.