AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Həzrəti Əyyub peyğəmbərin də qəbri buradadır. Musa, Şueyb, Elyəsə, Yaqub və Yusif peyğəmbərlərə aid məqamların da olduğu şəhər, dünyada Məkkə, Mədinə və Qüdsdən sonra dördüncü yerdə gəlir.
Bütün bunları nəzərə alan rəsmilər bu şəhərdə Peyğəmbərlər Tarixi Muzeyi yaratmaq qərarına gəliblər. Muzeyin təməlinin tezliklə atılacağı bildirilir.