AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya XİN rəhbəri bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini deməyib.
"İndi Afrində vəziyyət normallaşıb və Türkiyə də Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır", deyə Lavrov bildirib.
Qey edək ki, Türkiyə ordusunun Afrində apardığı "Zeytun budağı" adlı əməliyyat nəticəsində martın 18-də şəhər terrorçulardan tamamilə təmizlənib.