ABŞ polisi daha bir nəfəri öldürdü

9 Aprel 2018 15:18 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da polis oğurlanmış "Honda" markalı maşının yanında bir nəfərin dayandığını görüb. Həmin şəxs qaçaraq evsizlərə aid sığınacağa girb. Onun ardınca gələn polis həmin şəxsə atəş açıb. O, aldığı yaralardan hadisə yerindəcə keçinib.

Qeyd edək ki, qaçan şəxsin silahlı olduğuna dair heç bir sübut tapılmayıb. Eyni zamanda polis maşını onun oğurladığına da əmin deyil.