Norveçdə “müharibə” həyəcanı

9 Aprel 2018 16:32 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Norveçin şimalında, Rusiya ilə sərhəddə yerləşən Vadso kəndində həyəcan siqnalı çalınıb. Əhali müharibə başladığını düşünərək həyəcan keçiriblər. Lakin sonradan həyəcan siqnalının öz-özünə çalındığı bəlli olub.

Polis hadisənin baş vermə səbəbini axtarır.