Azərbaycanlı hakim Avropa çempionatına təyinat aldı
9 Aprel 2018 18:50 (UTC+04:00)
AzNews.az AFFA-a istinadən xəbər verir ki, FIFA referi köməkçisi Rza Məmmədov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Oyunlar mayın 4-dən 20-dək İngiltərədə keçiriləcək.