Messi BMT-nin turizm üzrə səfiri oldu - Foto

9 Aprel 2018 20:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Zurab Pololikaşvili məlumat verib.

"Səyahət mənə müxtəlif mədəniyyətləri və cəmiyyətləri araşdırmağa kömək etdi. BMT-nin Ümumdünya Turizm Təşkilatı turizmin inkişafda mühüm bir rol oynamasını istəyir. Bu işə qoşulduğum üçün çox şadam",- deyə argentinalı ulduz bildirib.

Zurab Pololikaşvili qeyd edib ki, Messi unikal bir idmançıdı və ümid edirəm ki, belə bir insanla işləmək bu sahədə yaxşı nəticələr əldə etməyimizə kömək edəcək.