Tovuzda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü - Toy yasa döndü

9 Aprel 2018 21:10 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 2010-cu il təvəllüdlü Cəfərli Yusif Feyruz oğlu yaxınlarının toy məclisi zamanı yıxılaraq ağır xəsarət alıb. O, bu gün xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.