Gəncədə 2 avtomobilin toqquşdu - Yaralanan var

9 Aprel 2018 21:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, şəhərin Şah İsmayıl Xatai prospektində "Mercedes" markalı avtomobillə "Hyundai"ın toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Samux rayon sakini Musa Ömürov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.