Tovuzda avtomobil piyadanı vuraraq qaçdı

9 Aprel 2018 22:37 (UTC+04:00)

AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Cürdəxan kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Rəhimov İsmayıl Ramiz oğlu markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.