Sumqayıtda yaşayış binasında yanğın

9 Aprel 2018 22:48 (UTC+04:00)

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​