Hər 100 doğulan qıza 112 oğlan düşür

10 Aprel 2018 13:33 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, körpələrdən 422-si əkiz, 24-ü üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

2018-ci ilin yanvar-fevral aylarında ölkədə 10500 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1-dən 6,6-dək azalıb.