Çılpaq aksiya

13 Mart 2013 10:23 (UTC+04:00)



Anspress-in məlumatına görə, aksiyada Femenin 2 fəalı iştirak edib.

Məqsəd Vatikanın cinsi azlıqlara və onların nikahına qarşı mövqeyinə etiraz etmək olub. Qadınlar kütlə arasında anidən üst geyimlərini soyunaraq, çılpaq bədənlərində müxtəlif şüarlar nümayiş etdirib. "Papaya daha ehtiyac yoxdur" qışqıran qızlar, pontifikin seçilməsinə işarə edən ağ tüstünün əksinə olaraq, alışqan vasitə ilə havaya çəhrayı tüstü buraxıb.

Əraziyə nəzarət edən asayış keşikçiləri çevik reaksiya göstərərək, qadınların etirazına mane olub və onları polis məntəqəsinə aparıb.

Qeyd edək ki, Ukraynada mərkəzləşmiş Femen qrupu qadın hüquqları və cinsi bərabərlik tələbi ilə dünyanın müxtəlif ölkələrində çılpaq nümayişlər keçirir.

AzNews.az