"Bu gün məndən sürpriz görəcəksiniz" - İntihar edən gəncdən mesaj

10 Aprel 2018 21:12 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Nahid adlı gəncin meyiti yaşadığı mənzildə aşkar edilib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları gəncin intihar etdiyini müəyyənləşdiriblər.

Mərhumun dostlarının dediyinə görə, Nahidin külli miqdarda borcu olub. O, intihar etdiyi gün telefonla dostlarına "bu gün məndən sürpriz görəcəksiniz" mesajını göndərib.

Faktla bağlı araşdırma aparılır.