Azərbaycanda dövlət strukturlarının kibermüdafiəsi gücləndirildi

10 Aprel 2018 21:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə CERT məlumat yayıb.

Qeyd olunur ki, saytların və şəbəkələrin işi üzərində nəzarət gücləndirilib, kiberhücumlarla bağlı müvafiq tədbirlər görülüb. CERT-in əsas vəzifəsi dövlət strukturlarının resurslarının informasiya təhlükəsizliyinin təmin olunmasıdır.

Mümkün kiberhücumların dəf olunmasına hazırlıq yüksək səviyyədə təşkil olunub və 24 saat ərzində nəzarət altındadır.