Rusiyada helikopter qəzası - 6 nəfər öldü

11 Aprel 2018 08:04 (UTC+04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 05.30-da) baş verib.

İlkin məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 6 şəxs ölüb. Hadisə yerində yanğın baş verdiyi bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az