ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

11 Aprel 2018 08:32 (UTC+04:00)

Trend-in məlumatına görə, bu dəfə Vaşinqton Rusiyanın dövlət borcu ilə əlaqədar maliyyə əməliyyatlarını dayandırmaq niyyətindədir.

Rusiya KİV-lərinin yaydığı məlumatda o da qeyd edilir ki, sanksiyalar qiymətli kağızlara da öz təsirini göstərə bilər.

Yeni sanksiyaların 60 gün ərzində qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, ötən cümə Vaşinqton 7 rus sahibkar, 14 kompaniya və 17 məmura qarşı sanksiya tətbiq edib.

AzNews.az