“Müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz” - MSK sədri

11 Aprel 2018 08:39 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir: "Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz".

AzNews.az