Cocuq Mərcanlı sakinləri öz kəndlərində səs verir - 24 ildən sonra

11 Aprel 2018 09:29 (UTC+04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin yeni yaradılan 73 saylı məntəqəsində səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

AzNews.az