Arzu Kazımovun oğlu işdən çıxarıldı

13 Mart 2013 10:44 (UTC+04:00)

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov polis orqanlarındakı vəzifəsindən azad edilib.

Bu barədə moderator.az saytı xəbər yayıb. Daxili işlər orqanlarındakı mənbənin verdiyi məlumata görə, Zaur Kazımov paytaxt rayonlarının birində bölmə rəisinin müavini vəzifəsində çalışıb.

Zaur Kazımov bu barədə danışmaqdan imtina edib və telefonu qapadıb./moderator.az/

AzNews.az