Zükerberq üzr istədi, sərvəti artdı

11 Aprel 2018 11:05 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, milyonlarla "Facebook" istifadəçisinin məlumatlarının sızdırılmasında günahlandırılan Zükerberq "Bu, mənim səhvim idi" deyib və məsuliyyəti öz üzərinə götürüb. Verilən bütün sualları cavablandıran Zükerberqin sərvəti bir gündə 2.8 milyard dollar artıb.