AzNews.az xəbər verir ki, bu fikirləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 nömrəli seçki məntəqəsində seçkiləri izləyən ATƏT PA-nın Çexiyadan olan müşahidəçilər qrupunun üzvü, Çexiya Parlamentinin deputatı Zdenek Ondraçek Azərtac-a bildirib.
Z.Ondraçek deyib: “Qrupumuzun işindən məqsəd Azərbaycan Respublikasında keçirilən prezident seçkilərinin gedişi ilə tanış olmaq, həmçinin müşahidələrin nəticəsi barədə hesabat hazırlamaqdır. Hazırda biz təşkilatçılığın səviyyəsindən razıyıq, seçicilərin yüksək fəallığını xüsusilə qeyd etmək istərdim”.