“Hər şey yüksək səviyyədə təşkil edilib” - Fransalı müşahidəçi

11 Aprel 2018 13:09 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu jurnalistlərə Fransa parlamentindən Azərbaycanda keçirilən seçkiləri müşahidə edən Mişel Lanflandre (Lanflandre Michel Aime) deyib.

"Müşahidələrə yeni başlamışıq. Amma təəssüratlarımız artıq çox müsbətdir. Məntəqə sədri bizə hər şey haqqında məlumat verdi, hər şey yüksək səviyyədə təşkil edilib", - o bildirib.

AzNews.az