BƏƏ-də yüksək seçici fəallığı müşahidə olunur

11 Aprel 2018 14:13 (UTC+04:00)

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində prezident seçkiləri üçün səsvermə prosesi təşkil olunub.

Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səfirlikdə seçici fəallığı müşahidə olunur.

"Saat 11:25-ə olan məlumata əsasən, Birləşmiş Ərəb Əmirliklərində yaşayan və səfirliyin qeydiyyatında olan Azərbaycan vətəndaşlarının 48 faizi seçkidə iştirak edib" — deyə səfir bildirib.

AzNews.az