Qubada meşə yanır

11 Aprel 2018 14:22 (UTC+04:00)

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Zərqava kəndi ərazisində meşə massivində səhər saatlarında başlayan yanğın hələ də davam edir.

Yerli sakinlər meşədə baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.

Yanğın getdikcə böyük ərazini əhatə etməyə başlayıb.

AzNews.az