AzNews.az xəbər verir ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin seçki məntəqələrinin birində səsvermə prosesini müşahidə edən slovakiyalı deputat Peter Marçek bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Slovakiyalı deputat sonda deyib: “Ölkənizdə prezident seçkilərinə hazırlıqla əlaqədar böyük iş görülüb. Bütün seçki məntəqələri zəruri rabitə vasitələri və texnika ilə təchiz olunub. Vətəndaşların yüksək fəallığı güclü təsir bağışlayır. Mən bir məqamı müşahidə etdim ki, yaşlı nəslin nümayəndələri səsvermədə xüsusi fəallıq göstərir. Vətəndaşlar seçki məntəqələrinə gəlir və istədiyi namizədə sərbəst səs verir. Bu, həmin insanların konstutision hüquqlarının tam reallaşdırılmasını təsdiq edir. Azad və demokratiki seçkilər keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin pozulması halları olmayıb”.