Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır

11 Aprel 2018 15:22 (UTC+04:00)

AzNews.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir.

Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.

Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01:35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək, aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakıya çatacaq.