79 gəmidə 1486 dənizçi səs verib

11 Aprel 2018 18:44 (UTC+04:00)

Bu barədə QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 79 gəmisində 1486 dənizçinin seçkidə iştirakı təmin edilib. Belə ki, gəmilərdə radioqram və mail vasitəsilə dənizçilərin səsi Gəmiçilikdə yaradılan 35 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 29 saylı Səbail seçki dairəsinə daxil olacaq.

Xatırladaq ki, 79 gəmidən 13-ü Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir. Bakı vaxtı ilə saat 15.30-da üzən heyətin səsverməsi 100 faiz təmin olunub.

AzNews.az