Azərbaycan prezident seçkilərinə hazırlığın yüksək səviyyəsini nümayiş etdirdi - İtaliyalı müşahidəçi

11 Aprel 2018 21:53 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında İtaliya parlamentinin keçmiş deputatı Antonio Ratsi deyib.

A.Ratsi qeyd edib ki, İtaliyadan olan müşahidəçilər hər hansı bir pozuntularla qarşılaşmayıb, əksinə peşəkar səviyyədə təşkil olunmuş tədbirin şahidi olublar:

“Bu gün Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının ABŞ-ın “AJF & Associates Inc” təşkilatı ilə birgə məlumatlarını əldə etmişik. Məlumata əsasən, İlham Əliyev səs çoxluğu ilə qalib gəlib. Ümid edirəm ki, sabah mən cənab Əliyevi qələbə münasibətilə şəxsən təbrik edəcəyəm”.