Paytaxtda 100-ə yaxın “offroad” avtomobili ilə yürüş

11 Aprel 2018 22:10 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, 100-ə yaxın “offroad” avtomobili ilə edilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Qeyd edək ki, avtomobillər Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - 28 May küçəsi - Bülbül prospekti - Xaqani küçəsi - Azadlıq prospekti - Zərifə Əliyeva küçəsi - Neftçilər prospekti - Dövlət Bayrağı Meydanı - Neftçilər prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - “Koroğlu” metrostansiyası - Heydər Əliyev prospekti - Gülarə Qədirbəyova küçəsi - Heydər Əliyev Mərkəzi marşrutu üzrə hərəkət ediblər.
Yürüşdə Yeni Azərbaycan Partiyası və Azərbaycan Avtomobil Federasiyasının üzvləri iştirak edirlər.

İştirakçılar aprelin 11-də keçirilən prezident seçkilərinin uğurla başa çatması və Yeni Azərbaycan Partiyasının seçkilərdəki namizədi İlham Əliyevə dəstək ifadə edən şüar və plakatlarla Bakının mərkəzi küçələri ilə keçid ediblər.