Azərbaycandakı prezident seçkilərini demokratiyaya dair dərsliklərə salmaq olar - Bolqar parlamentari

11 Aprel 2018 22:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Bolqarıstan parlamentinin nümayəndə heyətinin üzvü Hamid Hamid deyib.

Bolqarıstanlı deputat bir çox seçki məntəqələrində səsvermənin gedişini müşahidə etdiyini və hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirərək deyib: “Azərbaycanın seçki təcrübəsini yüksək qiymətləndirirəm. Məntəqələrdə veb-kameraların quraşdırılmasını xüsusi qeyd etmək istərdim. Tam əminliklə deyə bilərəm ki, seçkilər demokratik və ədalətli şəkildə baş tutdu”.